Lavrovun Türkiyəyə səfərinin vaxtı dəyişdirildi
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə nəzərdə tutulan səfərinin tarixi martın 12-dən 18-ə dəyişdirilib.TASS xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.XİN başçısının iş qrafiki ilə əlaqədar səfərin tarixi dəyişdirilib.S.Lavrovun Birgə Strateji Planlaşdırma Qrupunun 7-ci iclasında iştirak etmək üçün martın 12-də Türkiyəyə işgüzar səfəri planlaşdırılmışdı.