Çavuşoğludan ABŞ-a sərt cavab:Türkiyəyə Təhdiddir!
lor]
azia.az xəbər verir ki, Türkiyə Xarici işlər Naziri Çavuşoğlu, ABŞ-ın YPG-yə silah yardımı qərarına reaksiya göstərdi. Çavuşoğlu "YPG-yə verilən hər bir silah Türkiyəyə təhdiddir" - dedi.
Xarici işlər Naziri Mövlud Çavuşoğlu, ABŞ Prezidenti Donald Trampın Suriya Demokratik Qüvvələrinin (SDG) Kürd ünsürlərini təchizatlandırmaq kimi Müdafiə Nazirliyinə lisenziya verməsinə dair, "YPG və PKK ikisi də terror təşkilatıdır, heç bir fərqi yoxdur. Sadəcə, adı fərqlidir və bunların əlinə keçən hər silah, Türkiyəyə qarşı bir təhdiddir. Daha əvvəl YPG-yə verilən silahların Türkiyədə PKK-nın əlində tutduğunu sizlərlə də razılaşmışdıq"-dedi.
Çavuşoğlu bütün bu məsələləri Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı Prezident Ərdoğan və ABŞ Prezidenti Trampın şəxsən görüşəcəyini və qiymətləndirəcəyini bildirib.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Pentaqon, ABŞ Prezidenti Donald Trampın Ankaranın PKK-nın Suriya davamı olaraq qəbul etdiyi YPG-yə silah verilməsi göstərişini təsdiq etdiyini açıqlamışdı. Ağ Ev, "Təhlükəsizlik riskləri mövzusunda Türkiyəyə zəmanət veririk" demişdi.