azia.az
azia.az

Rusiyanın yeni silahı: “Penisillin” ABŞ ordusunu ciddi narahat edir

4-12-2018, 00:14

“Rusiyanın yeni “1B75 Penisillin” tipli səs-istilik artilleriya kəşfiyyat qurğusu ABŞ ordusu üçün ciddi təhlükə törədir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “National İnterest” jurnalı yazıb.

Jurnal yeni sistemin ilk dəfə “Armiya-2018” forumunda nümayiş etdirildiyini bildirib. Yazıda rusların yeni silahının ABŞ-ın “US Hughes AN / TSQ-51” və ya Norveç-İsveç istehsalı sayılan “ARTHUR” tipli analoji qurğulardan tamamilə fərqli sistemlərlə çalışdığı vurğulanıb.

İrikalibrli artilleriya mərmilərinin və raketlərin trayektoriyasını izləmək üçün radiolokasiyadan istifadə edən Qərb sistemlərindən fərqli olaraq, Rusiyanın yeni silahı atəşi, onun uçuş istiqamətlərini və hətta minaatan mərmilərinin düşmə nöqtəsini sadəcə, səslə müəyyən etməyə imkan verir. “Penisillin” cəmi 5 saniyə ərzində 25 kilometrlik radiusda atəş mənbəyini dərhal aşkar edir.

Bu cür iş prinsipi sayəsində “Penisillin” ehtimal edilən düşmənin radioelektron fəaliyyəti və hədəfi radarla müəyyən etmək kimi problemlərdən azaddır.

“National İnterest” prosesin hələlik sınaq mərhələsində olduğunu qeyd edib.

“Rusiya rəsmiləri “Penisillin”in hərbi sahədə tibbdəki adaşı qədər inqilab yaradacağına əmin olduqlarını ifadə edirlər” - deyə jurnalın məqaləsində bildirilib.

Qeyd edək ki, “1B75” və “1B76” səs və istilik kəşfiyyat sistemləri üzərində iş Sankt-Peterburqda yerləşən “Vektor” Elmi araşdırma instititu tərəfindən 2006-cı ildən bu yana görülür. Aparat “KamAZ-6350” maşınının şassiləri üzərində qurulub. Xüsusi teleskopik dirək üzərində yerləşdirilən optik-elektron modula 6 televiziya və 6 istilik kamerası quraşdırılıb.

Bəhs olunan silahın seriya istehsalına 2019-cu ildən sonra başlanılması gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi