azia.az
azia.az

Britaniya husilərə zərbə endirən Səudiyyə təyyarələrini havada yanacaqla təmin edəcək

Bu gün, 08:56

Böyük Britaniya husilərlə münaqişədə olan Səudiyyə Ərəbistanına hərbi təyyarələrin havada yanacaqla təminatına dəstək verəcək.

Musavatı.com "The Guardian" qəzetinə istinadən xəbər verir ki, məlumatı jurnalistlərə Baş nazir Endi Börnhem açıplayıb:

"Səudiyyə Ərəbistanından hərbi dəstək üçün bir sorğu almışıq və mən hava-hava yanacaqdoldurma tələbini qəbul etdim".

Nəşrin məlumatına görə, Börnhem Ər-Riyadın Səudiyyə təyyarələrini havada yanacaqla doldurmaq tələbi ilə yanaşı, enerji infrastrukturunu qorumaq və Fars körfəzindən fasiləsiz neft tədarükünü təmin etmək üçün "qlobal iqtisadi qeyri-sabitliyi azaltmaq" tələbini qəbul etdiyini bildirib.

Dünən Bloomberg mənbələrə istinadən məlumat yaymışdı ki, Britaniya husilərlə münaqişədə Səudiyyə Ərəbistanına kömək etməyə meyllidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi