Rusiyadan Paşinyana ittiham
Ermənistan hakimiyyəti ilə Rusiyanın erməni əsilli iş adamı Samvel Karapetyan arasında “Elektrik şəbəkələri” şirkəti ilə bağlı qarşıdurma davam edir.
Xəbər verilir ki, Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın komandası Karapetyana məxsus “Elektrik şəbəkələri” şirkətinin milliləşdirilməsinə doğru ardıcıl şəkildə irəliləyir.
Rusiya rəsmisi Ermənistan hakimiyyətinin bu istiqamətdəki addımlarını “reydersayağı ələ keçirmə” kimi qiymətləndirib.
Qeyd edək ki, Ermənistan hökuməti 2026-cı ilin martında “Elektrik şəbəkələri”nin tam milliləşdirilməsi barədə qərar qəbul edib. Baş nazir Nikol Paşinyan həmin vaxt qərarın şirkətin bazar dəyərinin ilkin ekspert qiymətləndirilməsinə əsaslandığını bildirib.
Bundan əvvəl, 2025-ci ilin noyabrında Paşinyan şirkətin tam milliləşdirilməsini mümkün variantlardan biri kimi təqdim etmişdi.