Putin Hindistana getdi
Rusiya Prezidenti Vladimir Putin Hindistana işgüzar səfər edib. O, Hindistanda 18-ci BRICS sammitində iştirak edəcək.
Xəbər verilir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Putin Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli görüş keçirəcək.
Sentyabrın 13-də BRICS tərəfdaş ölkələrinin liderlərinin, dəvət olunmuş dövlətlərin nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə inklüziv qlobal artım və davamlı inkişafa həsr olunmuş genişləndirilmiş açıq görüş keçiriləcək.