azia.az
azia.az

İranın bir sıra şəhərlərində partlayış səsləri eşidildi

Bu gün, 22:09

İranın cənub və cənub-şərq bölgələrində yerləşən bir neçə şəhərdə partlayış səsləri qeydə alınıb.

Sistan və Bəlucistan əyalətinin Konarak və Çabahar şəhərlərində partlayışa bənzər səslər eşidilib. Məlumat İranın “Fars” xəbər agentliyi tərəfindən yayılıb.

Bundan əlavə, Hörmüzgan əyalətinin Bəndər Abbas və Sirik şəhərlərində də oxşar səslərin eşidildiyi bildirilir.

Hadisələrin səbəbi və partlayışların mənbəyi ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi