azia.az
azia.az

Erməni Patriarxlığının ərazisinə tüpürdülər, müsəlman məzarlarını təpiklədilər - Qüdsdə nə baş verir?

Bu gün, 17:58

Qüds polisi Köhnə Şəhərdə yerləşən Erməni Patriarxlığının ərazisinə tüpürməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb. Paralel olaraq, müsəlman məzarlarını təhqir etməkdə təqsirləndirilən daha 3 nəfər tutulub.

Ölkə.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Polisin açıqlamasına əsasən, Erməni Patriarxlığının ərazisini təhqir edən 4 şübhəli hadisə yerində ələ keçirilib. Onlar dindirildikdən sonra müəyyən məhdudiyyətlərlə sərbəst buraxılıblar. Saxlanılan şəxslər ictimai asayişə və təhlükəsizliyə təhdid yaradan əməllərdə ittiham olunurlar.

Ərəb mediası bundan əvvəl Erməni Patriarxlığının əsas kilsəsi sayılan Müqəddəs Ceyms Katedralına tüpürüldüyünü əks etdirən təhlükəsizlik kamerası (CCTV) görüntülərini yayımlamışdı. Məlumata görə, bu hadisə kadrların yayılmasından bir gecə əvvəl baş verib. Polisin araşdırmaları göstərir ki, saxlanılan şəxslər həmin həftə ərzində oxşar hərəkətləri bir neçə dəfə təkrarlamış ola bilərlər.

Müsəlman qəbiristanlığındakı insidentlə bağlı saxlanılan digər 3 nəfərin isə məzar daşlarını təpiklədiyi anlar polis tərəfindən yayımlanan video-görüntülərdə əksini tapıb.

İstintaq çərçivəsində dindirilən 7 şübhəlinin hamısı şərtli olaraq azadlığa buraxılıb. Qüds polisi Köhnə Şəhərdəki müqəddəs və dini məkanların təhqir olunması faktları ilə bağlı araşdırmaları davam etdirir.

Elvin


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi