azia.az
azia.az

10 min raketlə kütləvi hücum planı - Rusiya 2027-yə HAZIRLAŞIR

Bu gün, 08:19

Rusiya 2027-ci ildə 10 minə yaxın yeni “Dan-T” qanadlı raketinin istehsalını həyata keçirməyi planlaşdırır.

Xəbər verilir ki, bu barədə “Militarnyi” nəşri məlumat yayıb.


Məlumata görə, “Dan-T” raketinin uçuş məsafəsi 500 kilometrə qədərdir və 135 kiloqramlıq döyüş başlığına malikdir.

Raketi yerüstü qurğulardan, eləcə də təyyarə və helikopterlərdən buraxmaq mümkündür.

Bildirilir ki, bu raketin qarşısını almaq son dərəcə çətindir, qiyməti isə “Banderol” raketindən təxminən 35% daha ucuzdur.

Rusiyada mərhələli şəkildə “Banderol” raketlərindən imtina edilərək “Dan-T” modelinə keçid nəzərdən keçirilir.

Bu cür raketlərin kütləvi istehsalı Rusiyaya Ukraynaya qarşı intensiv və kütləvi zərbələr endirmək üçün ucuz vasitələrin sayını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək./musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi