İran neft ixracını demək olar ki, tam dayandırıb
İran mövcud şəraitdə xarici bazarları neft tədarükünü demək olar ki, tamamilə dayandırıb.
Teleqraf xəbər verir ki, bunu İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti bildirib. Onun sözlərini “Mehr” agentliyi yayıb.
“Mövcud şəraitdə neft ixracı praktiki olaraq dayanıb”, - Hemməti deyib.
Mərkəzi Bankın sədri bildirib ki, qurumun əvvəlcədən həyata keçirdiyi planlaşdırma düzgün olub və buna görə İran hazırda zəruri valyuta ehtiyatlarına malikdir.
Hemməti İranın ali rəhbəri Müctəba Xameneiyə ünvanladığı məktubunda ölkədə zəruri malların və dərman preparatlarının təminatı ilə bağlı narahatlığa əsas olmadığını bildirdiyini də qeyd edib.
Onun sözlərinə görə, zəruri məhsul və dərmanların təminatı İran Mərkəzi Bankı və hökumət tərəfindən həyata keçirilir.