Xəbər verilir ki, bu barədə "Kyodo" agentliyinin keçirdiyi ümummilli sorğunun nəticələrində bildirilir.
Sorğuya əsasən, respondentlərin 81 %-i qadınların imperator olmasını dəstəkləyib, 16,1 %-i isə bunun əleyhinə çıxıb. Həmçinin iştirakçıların 49,6 %-i hökumətin bu ay taxt-tac varisliyi böhranının həlli məqsədilə həyata keçirdiyi qanunvericilik islahatının cəmiyyət tərəfindən dəstəklənməyəcəyini bildirib.
Xatırladaq ki, iyulun 17-də Yaponiya parlamenti 1947-ci ildə imperator statusunu itirmiş 11 yan qolun kişi nümayəndələrinin yenidən imperator ailəsinə qəbuluna imkan verən qanun layihəsini təsdiqləyib. Hazırda imperator Naruhitonun cəmi üç kişi varisi var ki, bu da varislik məsələsi ilə bağlı narahatlıqları artırır.
Qeyd edək ki, Naruhitonun 24 yaşlı qızı, şahzadə Aiko ictimaiyyət arasında böyük rəğbət qazanıb. Bununla belə, Yaponiyanın Baş naziri Sanae Takaiçi qadınların imperator taxtına çıxmasının əleyhdarı olduğunu dəfələrlə bəyan edib.(Teleqraf)

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı - Tam mətn
