azia.az
azia.az

Xameneinin cənazəsi İraqda belə qarşılandı – VİDEO

Bu gün, 10:21


xamenei 1

İranın sabiq ali lideri Əli Xameneinin cənazəsi Qum şəhərində keçirilən vida mərasimindən sonra İraqın Nəcəf şəhərinə aparılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Tehranda təşkil olunan ilk mərasimdən sonra İranın əsas dini mərkəzlərindən biri hesab edilən Qumda Xamenei və onun ailə üzvlərinin xatirəsinə növbəti anım mərasimi keçirilib.

Məlumata görə, mərasimə milyonlarla insan qatılıb və Cəmkəran məscidi ilə “Həzrəti Fatimə” məqbərəsi arasındakı ərazi izdihamla dolub.

Mərasim başa çatdıqdan sonra cənazə şiələr üçün müqəddəs sayılan Nəcəf şəhərinə yola salınıb.

Nəcəf Beynəlxalq Hava Limanında onu İraqın Baş naziri Əli əl-Zeydi və digər yüksəkvəzifəli rəsmilər qarşılayıblar.

Bu axşam Nəcəfdə dövlət rəsmilərinin və xarici nümayəndələrin iştirakı ilə rəsmi vida mərasiminin keçirilməsi planlaşdırılır.

Safura Bənnayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi