“Mehdi xidmətçiləri” kimlərdir? - FOTO
Dünən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi ekstremist dini ünsürlərin hücumuna məruz qaldı.
Azərbaycan cəmiyyəti bu hadisəni həyəcan və hiddətlə qarşıladı. Eyni zamanda səfirliyə soxulub vandalizm aktları törədən bu qruplaşmanın kimliyi və məqsədləri də suallar doğurdu.
Tezliklə hadisənin “Mehdi xidmətçiləri” (“Xuddam əl-Mehdi”) adlı təşkilat tərəfindən törədildiyi bəlli oldu.
Bu təşkilat Azərbaycan ictimaiyyətinin az-çox məlumatlı olduğu radikal dini qruplar sırasında yer almadığından, onun barəsində müəyyən bilgilərin verilməsini zəruri sayırıq.
“Mehdi xidmətçiləri” birliyi 2004-cü ildə Londonda əslən Küveytdən olan din xadimi və yazar Yasir əl-Həbib tərəfindən yaradılıb. Geniş maliyyə imkanlarına malik təşkilatın ixtiyarında “Fədək TV” adlı peyk televiziya kanalı da vardır. Radikal şiə qruplaşması kimi tanınan bu təşkilat islamın tarixi və müasir durumu ilə bağlı bir çox məsələlərdə ifrat mövqeyinə görə nəinki sünni məzhəbindən olan cərəyanlarla, eləcə də bir çox şiə məktəbləri ilə ciddi münaqişə içərisindədir. Bu da ilk növbədə onun qurucusu Yasir əl-Həbibin şəxsiyyəti və fikirlərindən qaynaqlanır.
1979-cu ildə Küveytdə anadan olmuş əl-Həbib Küveyt Universiteti nəzdində siyasi elmlər kollecində təhsil alıb. Daha sonra dini təhsil almaq məqsədilə İrana – Qum şəhərinə yollanıb və orada Ayətullah Məhəmməd Rza Hüseyni Şirazidən dərs alıb. Bu fakt onun məşhur şiə müctəhidləri nəsli olan, Kərbəlada və Qumda yaşayan Şirazilər ailəsi ilə yaxınlaşmasına səbəb olub. Sonradan Yasir əl-Həbib həmin nəslin nümayəndəsi olan və hazırda Britaniyada yaşayan Ayətullah Seyid Müctəba Hüseyni Şirazinin qızı ilə evlənib.
Qeyd edək ki, Şirazilər nəslinə mənsub müctəhidlərin, o cümlədən, hazırda bu sülalənin ən görkəmli nümayəndəsi sayılan Ayətullahül-üzma Seyid Sadiq Hüseyni Şirazinin Qumda yaşamasına rəğmən, İran dini rəhbərliyi ilə ciddi ideoloji ixtilafları vardır. Yasir əl-Həbib də rəsmi Tehranın dini baxışlarının kəskin əleyhdarı kimi tanınır.
Qumda təhsilini başa vurub Küveytə qayıdan əl-Həbib hələ yeniyetməlik vaxtlarından mətbuat sahəsində çalışıb, o cümlədən “Əl-Minbər” adlı jurnal nəşr edib. Eyni zamanda o, dini mövzularda publika qarşısında çıxışları ilə diqqəti cəlb edib və bir sıra qalmaqallar yaşayıb. Erkən islam tarixinə, o cümlədən ilk xəlifələrə dair fikirləri Küveyt sünniləri arasında böyük etirazla qarşılanıb və sonda 2003-cü ildə onun həbs edilməsi ilə nəticələnib. On il müddətinə həbs cəzası alsa da, bir il sonra o, Küveytin Milli Bayramı münasibətilə amnistiya aktı əsasında azadlığa çıxıb. Lakin artıq Küveytdə qalıb işləməyin çətin olduğunu görüb əvvəlcə İraqa, sonra isə İrana gedib, nəhayət, Böyük Britaniyada siyasi sığınacaq alıb. Londonda əvvəlki məzmunda radikal çıxışları onun Küveyt hökuməti tərəfindən İnterpola verilməsinə səbəb olub, rədd cavabı alındıqda isə əl-Həbib Küveyt vətəndaşlığından məhrum edilib.
Ölkəsi ilə əlaqələri kəsilsə də, Yasir əl-Həbib radikal xarakterli dini fəaliyyətini davam etdirib, o cümlədən, hələ Küveytdə olarkən yaratdığı “Mehdi xidmətçiləri” adlı qurumu bərpa edib, İraqda onun nümayəndəliyini açıb. 2013-cü ildə təşkilat Bakinqemşir bölgəsində keçmiş kilsə ərazisini 1,2 milyon funt sterlinqə alaraq, orada Əl-Mühasin adlı məscid tikib.
Çoxsaylı çıxışları ilə yanaşı, Yasir əl-Həbib bir sıra kitabların və filmlərin müəllifidir. Onun ssenarisi əsasında çəkilmiş və Məhəmməd peyğəmbərin qızı Fatimənin həyatından bəhs edən “Behişt xanımı” (“The Lady of Heaven”) filmi böyük səs-küy doğurub.
Qeyd edək ki, Azərbaycan səfirliyinə hücum “Mehdi xidmətçiləri”nin bu tipli ilk əməli deyildir.
2018-ci ilin mart ayında qurumun üzvləri təqribən eyni şəkildə İran İslam Respublikasının Londondakı səfirliyinə hücum etmiş və üç saat ərzində səfirlik binasını nəzarətdə saxlamışdılar. Onlar Tehranda həbs edilmiş Seyid Hüseyn Şirazinin (yuxarıda adı çəkilən Seyid Sadiq Hüseyni Şirazinin oğlu və ofisinin rəhbəri) azad olunmasını tələb edirdilər.
Azad İran
“Mehdi xidmətçiləri” kimdir?
Dünən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi ekstremist dini ünsürlərin hücumuna məruz qaldı. Azərbaycan cəmiyyəti bu hadisəni həyəcan və hiddətlə qarşıladı, eyni zamanda səfirliyə soxulub vandalizm aktları törədən bu qruplaşmanın kimliyi və məqsədləri də suallar doğurdu. Tezliklə hadisənin “Mehdi xidmətçiləri” (“Xuddam əl-Mehdi”) adlı təşkilat tərəfindən törədildiyi bəlli oldu. Bu təşkilat Azərbaycan ictimaiyyətinin az-çox məlumatlı olduğu radikal dini qruplar sırasında yer almadığından, onun barəsində müəyyən bilgilərin verilməsini zəruri sayırıq.
“Mehdi xidmətçiləri” birliyi 2004-cü ildə Londonda əslən Küveytdən olan din xadimi və yazar Yasir əl-Həbib tərəfindən yaradılıb. Geniş maliyyə imkanlarına malik təşkilatın ixtiyarında “Fədək TV” adlı peyk televiziya kanalı da vardır. Radikal şiə qruplaşması kimi tanınan bu təşkilat islamın tarixi və müasir durumu ilə bağlı bir çox məsələlərdə ifrat mövqeyinə görə nəinki sünni məzhəbindən olan cərəyanlarla, eləcə də bir çox şiə məktəbləri ilə ciddi münaqişə içərisindədir. Bu da ilk növbədə onun qurucusu Yasir əl-Həbibin şəxsiyyəti və fikirlərindən qaynaqlanır.
1979-cu ildə Küveytdə anadan olmuş əl-Həbib Küveyt Universiteti nəzdində siyasi elmlər kollecində təhsil alıb. Daha sonra dini təhsil almaq məqsədilə İrana – Qum şəhərinə yollanıb və orada Ayətullah Məhəmməd Rza Hüseyni Şirazidən dərs alıb. Bu fakt onun məşhur şiə müctəhidləri nəsli olan, Kərbəlada və Qumda yaşayan Şirazilər ailəsi ilə yaxınlaşmasına səbəb olub. Sonradan Yasir əl-Həbib həmin nəslin nümayəndəsi olan və hazırda Britaniyada yaşayan Ayətullah Seyid Müctəba Hüseyni Şirazinin qızı ilə evlənib.
Qeyd edək ki, Şirazilər nəslinə mənsub müctəhidlərin, o cümlədən, hazırda bu sülalənin ən görkəmli nümayəndəsi sayılan Ayətullahül-üzma Seyid Sadiq Hüseyni Şirazinin, Qumda yaşamasına rəğmən, İran dini rəhbərliyi ilə ciddi ideoloji ixtilafları vardır. Yasir əl-Həbib də rəsmi Tehranın dini baxışlarının kəskin əleyhdarı kimi tanınır.
Qumda təhsilini başa vurub Küveytə qayıdan əl-Həbib hələ yeniyetməlik vaxtlarından işlədiyi mətbuat sahəsində çalışıb, o cümlədən “Əl-Minbər” adlı jurnal nəşr edib. Eyni zamanda o, dini mövzularda publik çıxışları ilə diqqəti cəlb edib və bir sıra qalmaqallar yaşayıb. Erkən islam tarixinə, o cümlədən ilk xəlifələrə dair fikirləri Küveyt sünniləri arasında böyük etirazla qarşılanıb və sonda 2003-cü ildə onun həbs edilməsi ilə nəticələnib. On il müddətinə həbs cəzası alsa da, bir il sonra o, Küveytin Milli Bayramı münasibətilə amnistiya aktı əsasında azadlığa çıxıb. Lakin artıq Küveytdə qalıb işləməyin çətin olduğunu görüb əvvəlcə İraqa, sonra isə İrana gedir, nəhayət, Böyük Britaniyada siyasi sığınacaq alır. Londonda əvvəlki məzmunda radikal çıxışları onun Küveyt hökuməti tərəfindən İnterpola verilməsinə səbəb olur, rədd cavabı alındıqda isə əl-Həbib Küveyt vətəndaşlığından məhrum edilir.
Ölkəsi ilə əlaqələri kəsilsə də, Yasir əl-Həbib radikal xarakterli dini fəaliyyətini davam etdirib, o cümlədən, hələ Küveytdə olarkən yaratdığı “Mehdi xidmətçiləri” adlı qurumu bərpa edib, İraqda onun nümayəndəliyini açıb. 2013-cü ildə təşkilat Bakinqemşir bölgəsində keçmiş kilsə ərazisini 1,2 milyon funt sterlinqə alaraq, orada Əl-Mühasin adlı məscid tikib.
Çoxsaylı çıxışları ilə yanaşı, Yasir əl-Hələb bir sıra kitabların və filmlərin müəllifidir. Onun ssenarisi əsasında çəkilmiş və Məhəmməd peyğəmbərin qızı Fatimənin həyatından bəhs edən “Behişt xanımı” (“The Lady of Heaven”) filmi böyük səs-küy doğurub.
Qeyd edək ki, Azərbaycan səfirliyinə hücum “Mehdi xidmətçiləri”nin bu tipli ilk əməli deyildir. 2018-ci ilin mart ayında qurumun üzvləri təqribən eyni şəkildə İran İslam Respublikasının Londondakı səfirliyinə hücum etmiş və 3 saat ərzində səfirlik binasını nəzarətdə saxlamışdılar. Onlar Tehranda həbs edilmiş Seyid Hüseyn Şirazinin (yuxarıda adı çəkilən Seyid Sadiq Hüseyni Şirazinin oğlu və ofisinin rəhbəri) azad olunmasını tələb edirdilər.