azia.az
azia.az

ABŞ Türkiyəyə F-35 qırıcıları verməyə hazırlaşır -RƏSMİ

Bu gün, 10:16

ABŞ administrasiyası Türkiyəyə F-35 qırıcılarının verilməsi imkanını nəzərdən keçirir və bu məsələ ilə bağlı Konqreslə işləyir.

Xarici KİV-ə istinadən xəbər verilir, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Ven bəyan edib.

“Bilirəm ki, ABŞ-ın müdafiə naziri Heqset və bütün komanda hazırda bu məsələyə baxır. Çünki ABŞ qanunvericiliyinin tələblərinə əməl olunması üçün təsdiqlənməli olan müəyyən məqamlar var. Prezident bizə bunun üzərində işləməyi tapşırıb”, – deyə Vens ABŞ Prezidenti Donald Trump ilə NATO-nun baş katibi Mark Rutte arasında Ağ evdə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, məsələ əsasən Konqreslə bağlıdır:

“Burada söhbət Türkiyənin F-35-ləri əldə edə bilməsi üçün ABŞ qanunlarına əməl edib-etməməsindən gedir”, – deyə Vens izah edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi