azia.az
azia.az

Rusiyadan Ermənistandakı seçki ilə bağlı müəmma: Paşinyan təşvişə düşdü

Bu gün, 14:56

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda keçirilən parlament seçkilərinin müxalifətə “misli görünməmiş təzyiqlər” və Qərbin “görünməmiş müdaxiləsi” şəraitində baş tutduğunu bildirib.

Xəbər veriirr ki, Zaxarova bu barədə Sputnik radiosunun efirində danışıb.


Onun sözlərinə görə, Ermənistan hakimiyyəti müxalifətə qarşı ciddi təzyiq göstərib, eyni zamanda Qərb ölkələrinin seçki prosesinə təsiri region üçün görünməmiş səviyyədə olub.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçirilib.

Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası 49,825% səs toplayaraq liderlik edir.

Müşviq Tofiqoğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi