azia.az
azia.az

Qarabağı könüllü tərk edənlərdən neçə nəfər Ermənistan vətəndaşlığı alıb?

Bu gün, 09:13

Azərbaycan ərazisindən könüllü köç etmiş 27 296 nəfər Ermənistan vətəndaşlığı alıb.

Bu barədə Ermənistan daxili işlər nazirinin müavini Armen Mkrtçyan 2025-ci ilin büdcəsinin icrasına dair hesabat üzrə parlamentdə keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, ümumilikdə 39 650 ərizə təqdim edilib. Nazir müavini həmçinin 28 min ərizənin uşaqların adına verildiyini, onlardan təxminən 12 mininin təmin ediliyini açıqlayıb. O, həmçinin indiyədək imtina hallarının olmadığını deyib.

Bu ilin fevralında daxili işlər naziri Arpine Sarqsyan Azərbaycan ərazisindən könüllü köç etmiş təxminən 30 min nəfərin Ermənistan vətəndaşlığı aldığını açıqlamışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi