Xameneinin müşaviri: İranın hücumu İsrail üçün xəbərdarlıq idi
İranın ali liderinin hərbi müşaviri Möhsün Rezai bildirib ki, bazar günü axşam İranın İsrailə endirdiyi zərbə Təl-Əvivə Livana hücumları dayandırmaq üçün göndərilmiş xəbərdarlıq olub.
APA xəbər verir ki, Rəzai bu barədə "X" hesabında yazıb.
Onun sözlərinə görə, İran İslam Respublikası dəfələrlə atəşkəs rejiminin pozulmasına və Livana qarşı təcavüzə dözməyəcək.
“Bu axşam təcavüzkarlar öz cavablarını aldılar. Bu cavab onların cinayətlərini dayandırmaları üçün xəbərdarlıqdır”, – deyə o qeyd edib.
Rəzai vurğulayıb ki, gərginliyin bundan sonra da artırılması daha dağıdıcı cavab tədbirlərinə və daha ağır nəticələrə gətirib çıxaracaq.