ABŞ dəniz piyadaları Cənubi Çin dənizində drona zərbə endirdi
Cənubi Çin dənizində ABŞ Dəniz Piyadaları Korpusunun bölməsi pilotsuz uçuş aparatını ələ keçirmək və məhv etmək üçün təlim keçib.
Bu barədə xarici mediaya istinadla xəbər verilir.
Taktiki nəqliyyat vasitələrində olan bir qrup dəniz piyadası mövqelərinə yaxınlaşan tək hissəli təyyarə dronuna atəş açıb. Bir neçə cəhddən sonra artilleriya heyəti hədəfi vurub və nəticədə dronun dənizə düşməsi baş verib.
Təlimlərin məqsədi bölgədə mümkün döyüş şəraitində sürətli manevr edən dronlar da daxil olmaqla, hava hədəflərinə qarşı mübarizə aparmaq bacarıqlarını inkişaf etdirməkdir.
Xüsusilə iki JLTV zirehli texnikasına əsaslanan MADIS (Dəniz Hava Hücumundan Müdafiə İnteqrasiya Sistemi) kompleksi sınaqdan keçirilib.
Elvin