azia.az
azia.az

Finlandiyada kimsəsiz ada tamamilə yanıb - VİDEO

Bu gün, 07:54

Finlandiyanın Laplandiya bölgəsindəki Tornionyoki çayı üzərində yerləşən ada aprelin 18-də yanmağa başlayıb.

Oxu.Az bu barədə "Yle" portalına istinadən xəbər verir.

Xilasetmə xidmətinin məlumatına görə, Karunki qəsəbəsi yaxınlığında yerləşən kimsəsiz Likasaari adası bazar günü səhər saatlarınadək demək olar ki, tamamilə yanıb.

Xilasetmə xidməti yanğını söndürməyə çalışmayıb, əksinə, onun nəzarət altında sona qədər yanmasına imkan verib. Xilasedicilər alovun Tornionyoki çayındakı digər adalara və ya materikə keçməsinin qarşısını alıblar.

Bölgədə hazırda yanğın təhlükəsi ilə bağlı xəbərdarlıq qüvvədədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi