azia.az
azia.az

İran nümayəndə heyəti Pakistana getməyib – Şərt irəli sürülüb

10-04-2026, 11:10

İran nümayəndə heyəti hələ Pakistana gəlməyib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyinə danışan iranlı mənbə məlumat verib.

Mənbə bildirib ki, İsrailin Livana hücumları dayandırılmayana qədər danışıqların başlaması mümkün deyil.

Qeyd olunub: “Nümayəndə heyəti hələ gəlməyib və İsrail Livana hücumlarını davam etdirərsə, danışıqlar mümkün deyil”.

Həmçinin vurğulanıb ki, mövcud şəraitdə diplomatik proseslərin başlanması üçün əsas şərt bölgədə hərbi əməliyyatların dayandırılmasıdır.

Xatırladaq ki, bir qədər əvvəl "The Wall Street Journal" nəşri ABŞ ilə münaqişənin həlli istiqamətində danışıqlar aparmaq məqsədilə İran nümayəndə heyətinin cümə axşamı gecə saatlarında İslamabada çatdığını yazmışdı. Həmin məqalədə iddia olunurdu ki, nümayəndə heyətinə İranın xarici işlər naziri və parlament sədri rəhbərlik edirlər.

Aminə ŞAHSUVARQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi