azia.az
azia.az

NATO bu ərazilərdə hərbi mövcudluğunu genişləndirir – Səbəb

15-03-2026, 12:06

NATO Arktika və Şimali Atlantikdə hərbi mövcudluğunu genişləndirir, patrul və müttəfiqlərin birgə əməliyyatlarının sayını artırır.

Axar.az xəbər verir ki, bu barədə “Business İnsider” Qərb rəsmilərinə istinadən məlumat verib.

Rəsmilərin sözlərinə görə, əsas məqsəd Rusiyanın sualtı qayıqlarını Atlantik okeanının dərin sularına çıxmazdan əvvəl aşkar etməkdir.

Norveçin Birləşmiş Qərargahının rəisi vitse-admiral Rune Andersen bildirib ki, son iki-üç il ərzində alyans qüvvələrinin regiondakı fəaliyyəti havada, dənizdə və quruda iki dəfədən çox artıb:

“Bu qismən Rusiyanın şimal sularında sualtı qayıqlarının yerləşdirilməsi hallarının artması və onların üzərində daimi müşahidə aparılması zərurəti ilə bağlıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi