İsrailə BÖYÜK DƏSTƏK PAKETİNİ ABŞ Dövlət Departamenti təsdiqlədi
ABŞ Dövlət Departamenti İsrailə zirehli texnika və helikopterlərin potensial satışını təsdiqləyib.
Musavat.com xəbər verir ki, məlumat Pentaqonun hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışından məsul olan Xarici Təhlükəsizlik Əməkdaşlıq Agentliyi tərəfindən açıqlanıb.
Açıqlamaya görə, İsrail ABŞ-dan 3,8 milyard dollara 30 Apache AH-64E hücum helikopteri və müxtəlif əlaqəli avadanlıqların alınmasını istəyib. Ayrı bir açıqlamada İsrailin ABŞ-dan 1,98 milyard dollara 3250 Birgə İldırım Taktiki Vasitəsinin (JLTV) və əlaqəli avadanlıqların alınmasını da istədiyi bildirilir.
Hər iki müqavilə Dövlət Departamenti tərəfindən təsdiqlənib və müvafiq bildirişlər ABŞ Konqresinə təqdim edilib.
Sənədlərdə İsrailə silah satışının Yaxın Şərqdə "strateji tərəfdaşın təhlükəsizliyini gücləndirməklə" "ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini inkişaf etdirəcəyi" qeyd edilir. Sənədlərdə qeyd olunan mövqeyə görə, silah satışı "regiondakı güc balansını dəyişdirməyəcək". Pentaqon hesab edir ki, İsraillə sövdələşmələr ABŞ ordusunun "döyüş hazırlığına mənfi təsir göstərməyəcək".