azia.az
azia.az

İsrail HÜCUMA KEÇDİ-TƏCİLİ/ VİDEO

Dünən, 22:59

İsrail ordusu Livanın cənub bölgələrinə növbəti hava və artilleriya zərbələri endirdiyini açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, hücumların hədəfi Hizbullah silahlı qruplaşmasına məxsus hərbi infrastruktur obyektləri olub.

NOCOMMENT.az xəbər verir ki, rəsmi açıqlamada bildirilir ki, zərbələr silah anbarlarına, müşahidə məntəqələrinə və logistika xətlərinə yönəlib. İsrail tərəfi bu addımların ölkənin şimal sərhədləri boyunca təhlükəsizliyi təmin etmək və Hizbullahın mümkün hücumlarının qarşısını almaq məqsədi daşıdığını vurğulayıb.

Livan mənbələri isə zərbələrin əsasən sərhədyanı yaşayış məntəqələri və açıq ərazilərə endirildiyini bildirir. İlkin məlumatlara görə, bəzi bölgələrdə partlayış səsləri eşidilib, infrastruktur obyektlərinə ziyan dəyib. Mülki əhali arasında itkilərlə bağlı dəqiq məlumat hələlik açıqlanmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi