azia.az
azia.az

Hücum planı təsdiqləndi - Hərbi əməliyyat başlayır

30-07-2024, 13:24

Bəzi KİV-lər İsrailin Livana qarşı hərbi əməliyyatlarının yaxın günlərdə müharibəyə çevrilə biləcəyini bildirir. İsrail Hərbi Hava Qüvvələri Hizbullahın Livanın cənubundakı silah anbarlarını hədəfə alması ciddi münaqişə riskini olduqca artırıb. Bu hücumlar İsrail ordusunun Hizbullahın Livanda və Suriyada ölmüş 162 üzvünü tanıtdığı zaman baş verib. 

Beynəlxalq diplomatlar İsrail və Livan sərhədində gərginliyi azaltmaq üçün bölgəyə göndərilib, lakin bu səylər nəticəsiz qalıb, çünki İsrailin şimal sakinlərinə hələ də təhdid olduğu müddətcə geri çəkilməyə hazır deyil. İsrailin hərbi rəhbərliyi, Livana qarşı hərbi əməliyyat planlarını təsdiqlədiyi və qarşı tərəfə 36 saat vaxt verdiyi iddia olunur. (Times of İsrael)

Hazırda İsrailin Livana qarşı müharibə başlatması ilə bağlı dəqiq məlumat yoxdur. Bölgədə gərginliklər davam edir və hər iki tərəfin zaman-zaman qarşılıqlı hücumları baş verir. 

Bəs son günlər artan gərginlik İsraillə Hizbullah arasında hərbi əməliyyatların başlamasına səbəb ola bilər?

Məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli News24.az-a bildirib ki, İsrail və Hizbullah arasında artan gərginlik yaxın gələcəkdə genişmiqyaslı hərbi əməliyyatlara çevrilə bilər:

“İsrail Livanla müharibənin daha çox ehtimal olunduğunu bəyan edib. Bu gərginliyin səbəbi Hizbullah və İsrail arasında artan qarşıdurmalardır. Son vaxtlar Hizbullahın Livanın cənubundakı silah anbarlarına hücumlar təşkil edilib və bu, tərəflər arasında gərginliyi daha da artırıb. Hizbullahın raket atəşləri və dron hücumları İsrailin şimal bölgələrinə ciddi təhdid yaradıb. İsrailin Qəzzada baş verən hadisələrdən bir qədər diqqəti yayındırmağa ehtiyacı var. Buna görə də, baş verəcək müahribə riski böyükdür”.

Politoloq qeyd edib ki, İsrailin iddialarına görə, həm Qəzzada baş verən hadisələrin, həm də Hizbullah və Husilərin arxasında iran dayanıb. 

Onun sözlərinə görə, bu sadəcə həmin təşkilatlara qarşı yox, ümumiyyətlə bölgədə İranla bir qarşıdurma kimi qələmə verilir: “Əgər ABŞ İsrailə icazə verərsə, bu zaman Livan ərazisinə ciddi zərbələr endirib Hizbullahla genişmiqyaslı hərbi qarşıdurmaya başlaya bilər. Bu halda İsrail bu addımı ata bilər. İsrail Amerikanın təlimatı olmadan heç bir addım ata bilməz. Buna görə də, bölgədəki vəziyyətin gündəmini ABŞ-ın verəcəyi qərar dəyişəcək”.

Aqil Qarayev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi