ABŞ ordusu Yaxın Şərqdə çoxgünlük "Çevik Spartan" hava qüvvələri təliminə başlayıb
Xəbər verilir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığı AFCENT) məlumat yayıb
Təlimlərin məqsədi Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasında qoşunların yerləşdirilməsi və döyüş əməliyyatlarının aparılması imkanlarının nümayiş etdirilməsidir.
"Pilotlarımız sübut edirlər ki, onlar mürəkkəb şəraitdə səpələnə, fəaliyyət göstərə və döyüş uçuşları həyata keçirə bilirlər", - AFCENT komandiri general-leytenant Derek Frans bildirib.
O bildirib ki, başlanan manevrlər pilotların döyüş hazırlığının qorunmasına imkan verəcək, həmçinin aviasiyanın lazım olan yerlərdə əlçatanlığını təmin edəcək.