azia.az
azia.az

Mask yenə şoka saldı- “Mən yadplanetliyəm, amma insanlar inanmır”

Bu gün, 09:16

Amerikalı sahibkar İlon Mask özünü yadplanetli adlandırıb.

Xəbər verilir ki, bu açıqlama Davosda keçirilən Dünya İqtisadi Forumunda verilib .

“Mən tez-tez belə sualla qarşılaşırəm: ‘Bizim içimizdə yadplanetlilər varmı?’ Mən isə deyirəm ki, mən onlardan biriyəm, amma insanlar mənə inanmır” - deyə Mask bildirib.

O, Yer kürəsinin orbitində təxminən doqquz min peykin olduğunu və yadplanetli gəmi səbəbindən heç vaxt manevr etməyə ehtiyac olmadığını qeyd etdi.

"Deyirəm ki, bilmirəm. Amma ümumiləşdirərək deyə bilərəm ki, həyat və şüur kainatda olduqca nadirdir və bəlkə də yalnız burada, aramızda mövcuddur. Əgər belədirsə, onda şüur işığını canlı saxlamaq üçün mümkün olan hər şeyi etmək məsuliyyətimiz var", - deyə Mask vurğulayıb.(Publika.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi