Roma Papası açıq mesaj verdi: “Venesuelanın suverenliyi...”
ABŞ-ın bazar günü Venesuela prezidenti Nikolas Maduronun devrilməsindən sonra baş verən hadisələr fonunda Roma Papası XIV Lev sərt və diqqətçəkən bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, pontifik Venesuelada yaşananları “narahatlıqla dolu bir ruh halı ilə” izlədiyini bildirib və ölkənin suverenliyinin, eləcə də vətəndaşların hüquqlarının qorunmasına çağırıb.
Papa vurğulayıb ki, “Venesuela xalqının rifahı istənilən digər siyasi və geosiyasi maraqlardan üstün tutulmalıdır”. Onun sözlərinə görə, məhz bu yanaşma zorakılığın aradan qaldırılmasına, ədalət və sülh yolunun açılmasına imkan verə bilər.
Pontifik əlavə edib ki, Venesuelada konstitusiyada təsbit olunmuş hüquqi nizamın qorunması, dövlət suverenliyinə hörmət və qanunun aliliyinin təmin edilməsi beynəlxalq ictimaiyyət üçün əsas prinsip olmalıdır.