azia.az
azia.az

Paşinyanın təyyarəsinə Moskvaya enişə icazə verilmədi

Dünən, 17:25

Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada eniş üçün icazə ala bilmədiyi üçün Sankt-Peterburqa enməyə məcbur olub. 

Ölkə.az “Moskovski Komsomolets”ə istinadən xəbər verir ki, ACJ319 enişə icazə ala bilmədiyi üçün təxminən bir saat Tver vilayəti üzərində dövrə vurub, lakin sonda “Pulkovo” hava limanına yönləndirilib.

Hava nəqliyyatının pozulmasına son dövrlərdə Moskva bölgəsində baş verən ən böyük dron hücumlarından biri səbəb olub. 

Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində Moskva bölgəsi üzərində 32 PUA-nı vurub. Sakinlər Zelenoqrad, Ramenskoye, Odintsovo və Dubnada partlayış səslərinin eşidildiyini bildiriblər.

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi