Türkiyə yeni ballistik raketini sınaqdan keçirib
Türkiyə Silahlı Qüvvələri “Roketsan” şirkəti tərəfindən yaradılmış, təxminən 300 km mənzilli “Tayfun” ballistik raketini uğurla sınaqdan keçirib.
Referans xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün sosial şəbəkə hesabında yazıb.
"Səssiz hazırlıq. Bir an... Göydə bir iz qaldı. Gözəl bir gün, daha bir uğurlu sınaq. Addım-addım diapazon artır, vuruşun dəqiqliyi artır. Roketsan və zəhməti olan hər kəsə təşəkkür edirəm",- deyə Haluk Görgün yazıb.//teleqraf