Ukraynanın keçmiş prezidentindən çağırış: Moskvanı tutun
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko radikal çağırışla çıxış edib.
Xəbər verilir ki, Yuşşenko müharibədə qalib gəlmək üçün Rusiyanın paytaxtını ələ keçirməyə çağırıb.
Keçmiş Ukrayna liderinin fikrincə, Kiyev 1991-ci il sərhədlərində dayanmamalı, daha da uzağa - Moskvaya getməlidir.
“Kimsə deyir ki, Mixaylovski xutoruna qədər getmək lazımdır. Mən isə deyirəm ki, siz uşaqlarınıza, nəvələrinizə ən böyük problemi saxlayırsınız? Moskvaya qədər gedin”, - Yanukoviç deyib.
O vurğulayıb ki, Ukrayna "Avropanın gülləkeçirməz jileti"nə çevrilməlidir ki, bu da onu Avropa ölkələrinin öz ordularından daha yaxşı qoruyacaq.(publika.az)