azia.az
azia.az

Bu şəxslərin pensiya ödənişi DAYANDIRILACAQ

Dünən, 08:26

Rusiyada pensiya ödənişlərinin müvəqqəti və ya tamamilə dayandırılması hallarına dair yeni xəbərdarlıq edilib.

 

Qaydalara əsasən, bu, 400-FZ saylı Qanunun 24-cü maddəsində göstərilən səbəblər əsasında həyata keçirilə bilər.

 

Əsas səbəblər arasında altı ay ərzində poçt vasitəsilə pensiyanın alınmaması, əlillik statusunun vaxtında yenilənməməsi, ailə başçısını itirmiş şəxslərin təhsil sənədlərini təqdim etməməsi və yaşayış icazəsinin müddətinin başa çatması yer alır.

 

Bundan əlavə, ünvan dəyişikliyi barədə Sosial Fonda əvvəlcədən məlumat verilmədikdə və ya daimi yaşayış üçün xaricə köçən şəxslər müvafiq sənədləri təqdim etmədikdə də ödənişlər dayandırıla bilər.

 

Rusiya Sosial Fondu vətəndaşlara müraciət edərək qeyd olunan hallarda sənədləri vaxtında təqdim etməyi və şəxsi məlumatları yeniləməyi tövsiyə edir. Əks halda pensiya ödənişləri altı ay müddətinə və ya qeyri-müəyyən vaxta qədər dayandırıla bilər./News24.az 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi