azia.az
azia.az

Rusiya bayrağı yandırıldı, idmançılar təhqir olundu

28-07-2025, 07:47

Rusiyalı idmançılar Tiflisdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında iştirak etmək üçün Gürcüstana gəliblər.

Azia.az  Musavat.com-a istinadən xəbər verir ki, gecə saatlarında onların yerləşdiyi otelin qarşısında yerli aktivistlər tərəfindən təxribat törədilib. 

Belə ki, aksiyaçılar partlayıcı fişənglər atıb, idmançıları təhqir ediblər. Onlar, həmçinin, “Bu gün fişəngdir, sabah isə "Qrad" olacaq” sözlərinin yazıldığı plakat açıblar.

Başqa bir qrup isə Rusiya bayrağını yandıraraq tapdalayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi