azia.az
azia.az

Erməni futbolçular Xocavənddə Azərbaycan bayrağını tapdalayıb keçir - VİDEO

13-12-2021, 12:08

Erməni futbolçular Xocavənddə Azərbaycan bayrağını tapdalayıb keçir - VİDEO
"Twitter" sosial şəbəkəsində Ermənistanın "Avu" futbol klubunun oyunçularının Azərbaycan bayrağını tapdalamasını əks etdirən video yayılıb.

Videonu ABŞ-ın məşhur jurnalisti, radio və televiziya şərhçisi Raul Louri Kontreras yayıb. O, videonun üzərinə aşağıdakı sözləri yazıb:

"Dağlıq Qarabağda, Xocavənddə Ermənistan futbol klubunun oyunçuları provakasiya xarakterli video yayımlayıb. Rus sülhməramlılarının orada olması onlarda arxayınlıq yaradır"

İdman jurnalisti Azər İsmayıl bu futbol klubunun əvvəllər də təxribata əl atdığını, lakin onlara cəza verəcək qurumun olmadığını bildirdi.

"Bu həmin klubun birinci belə təxribatı deyil. Bundan əvvəl də idman meydançalarında Azərbaycanın ədalətli qələbələrinə iyrənC hərəkətlər ilə kölgə salmağa çalışıblar. Xüsusilə, Qarabağın avrokubok oyunlarında biz onların bayraq üzərindən belə davranışlarını gördük. Lakin əfsuslar olsun ki, biz bununla bağlı şikayət, cəza tələb edə bilmirik. Bu komandanın peşəkar statusu və onlara cəza tətbiq edəcək qurum yoxdur. Həmin klub Ermənistanın futbol federasiyasında belə qeydiyyata alınmayıblar. Qondarma rejimin qondarma çempionatında oynayırlar, o da həvəskar səviyyədədir. Belə olduqda UEFA həmin ölkəyə cəza verə bilmir. Hətta idman hüquqşünasları deyir ki, xəbərdarlıq da edə bilməz", - deyə idmançı əlavə etdi.

Erməni futbolçular Xocavənddə Azərbaycan bayrağını tapdalayıb keçir - VİDEO



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi