azia.az
azia.az

ABŞ-də Rusiya vətəndaşı yarım milyard dollardan çox vəsaitin yuyulmasında ittiham olunur

10-06-2025, 08:57

ABŞ məhkəməsi Rusiya vətəndaşı Yuri Quqnini kriptovalyuta vasitəsilə 500 milyon dollardan çox pulların yuyulmasında ittiham edib.

Bu barədə iyunun 9-da ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Ümumilikdə Yuri Quqninə 22 maddə üzrə ittiham irəli sürülüb

“Nyu-Yorkda yaşayan və Rusiya vətəndaşlığı olan Quqnin kriptovalyuta şirkəti Evitadan ABŞ bankları və kriptovalyuta birjaları vasitəsilə 500 milyon dollardan çox ödəniş etmək üçün istifadə etmiş ola bilər. Eyni zamanda o, əməliyyatların mənbəyini və məqsədini gizlədib”.

Günahı sübuta yetirilərsə, Quqnini ən azı 65 il həbs cəzası gözləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi