Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun təyyarədən enərkən yaşadığı maraqlı anlarla bağlı Yelisey sarayından açıqlama verilib.
Xəbər verilir ki, sosial şəbəkələrdə Bricitin ərinə şillə vurduğu görüntülərin yayılmasından sonra, saray bu hadisəni "səs-küy yaratmaq istəyi" və "zarafat" kimi dəyərləndirib.
Rəsmi açıqlamada qeyd olunub ki, cütlük bu cür davranışlarla rəsmi tədbirlər öncəsi bir qədər rahatlamağa çalışır.
Prezident Administrasiyası əlavə edib ki, bu hadisə əhəmiyyətsizdir və qəribə yozumlara, həmçinin konspirasiya nəzəriyyələrinə əsas verməməlidir.