azia.az
azia.az

Trampa məhkəmədə hökm oxudu

Bu gün, 09:37

ABŞ tarixində müstəsna məqamda - ölkənin ən yüksək məhkəməsi müdaxilə etməkdən imtina etdikdən sonra seçilmiş prezident Donald Trampa Nyu-Yorkda “pul müqabilində susmaq” ittihamı ilə cümə günü hökm oxunub.

Hakim Xuan Merçanın verdiyi "qeyd-şərtsiz buraxılma" hökmü özündə həbs cəzası, və yaxud cərimə ehtiva etmir.

"Ölkənin ən yüksək vəzifəsinə xələl gətirmədən məhkumluğu saxlayacaq yeganə hüquqi hökm qeyd-şərtsiz buraxılışdır," deyə Merçan hökmü əsaslandırıb.

Trampın andiçmə mərasiminə 10 gün qalmış hakim Xuan M. Merçan qeyd etmişdi ki, o, "qeyd-şərtsiz buraxılma" adlanan cəzasız hökmü planlaşdırır və prokurorlar buna qarşı deyillər. Bu o demək idi ki, gələcək prezidentə həbs müddəti, sınaq müddəti və cərimələr tətbiq edilməyəcək.

Tramp may ayında biznes sənədlərinin saxtalaşdırılması ilə bağlı 34 maddə üzrə məhkum edilmişdi. Bu, Trampın 2016-cı ildəki ilk seçki kampaniyasının son həftələrində porno aktrisa Stormi Danielsə susmaq üçün ödənişin gizlədilməsi ilə bağlı olduğu iddia edilən sxemlə əlaqəli idi. Ödəniş onun Trampla illər əvvəl cinsi əlaqədə olduğu iddiasını ictimailəşdirməməsi üçün edilib. Tramp bunun yalan olduğunu və heç bir qanunsuz hərəkət etmədiyini iddia edir.

Hökmə reaksiya verən Tramp Demokratları sərt tənqid edib və appelyasiyaya müraciət edəcəyini bildirib.

"Radikal Demokratlar növbəti utandırıcı, qeyri-Amerikan Cadugar Ovunu uduzdular," deyə 47-ci prezident olacaq Respublikaçı lider məhkəmə işinin qurama olduğunu bəyan edib.

Trampın 5 noyabr seçkilərində qələbəsindən sonra Merçan işi dayandırmış və cəzanın verilməsini qeyri-müəyyən müddətə təxirə salmışdı ki, müdafiə və ittiham tərəfi işin gələcəyini müzakirə edə bilsin.

Tramp 20 yanvarda cinayətə görə məhkum edilmiş ilk keçmiş prezident və cinayət məhkumluğu olan ilk şəxs kimi prezident vəzifəsinə başlayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi