Gürcüstanın yeni Prezidenti mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzalayıb
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.
Tribunainfo.az xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.
Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska və ya digər vasitələrlə gizlətmək” qadağandır.
Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.
Qanun dərc edildikdən sonra qüvvəyə minib.