“SABAH TARİXİ GÖRÜŞ OLACAQ VƏ MÜHARİBƏ BİTƏCƏK” – Ukraynalı jurnalist
“Ukraynada münaqişənin qaynar mərhələsi dekabrın 30-da başa çatacaq”
Xəbər verilir ki, belə sensasiyalı iddia ilə tanınmış ukraynalı jurnalist Dmitri Qordon çıxış edib.
“Strana.ua” Dmitri Qordondan belə sitat gətirir: “Bu gün 29 dekabr 2024-cü ildir. Bir daha deyirəm, müharibənin qaynar mərhələsi bu il başa çatacaq. Mənə deyəcəklər, “sən dəlisən?” Əslində ilin sonuna iki gün qalıb. Yox, dostlar, mən dəli deyiləm. Məndə məlumat var, indi bu məlumatı sizinlə paylaşacam…”
Qordon qeyd edib ki, son günlər Ukraynada hava hücumları, raket və dron hücumlarının sayı azalıb. Onun sözlərinə görə, bu, “tarixi görüş” ərəfəsində ABŞ-nin iddia edilən tələbi ilə bağlıdır.
Jurnalist sözügedən “tarixi görüşün” məhz dekabrın 30-da keçirilməli olduğunu iddia edir.
Qordon hesab edir ki, Moskva Vaşinqtonla müəyyən razılaşmalar əldə edib və Ukrayna münaqişəsinin gələcək taleyinin həll olunacağı tarixi görüş elan edib. “Çünki diqqət, sabah, 2024-cü il dekabrın 30-da hər şey yaxşı getsə və hər şey yaxşı gedəcək, müharibənin qaynar mərhələsinə son qoyacaq tarixi görüş baş tutmalıdır. Gözləməyə çox vaxt yoxdur. Sabah, dekabrın 30-da”, – Qordon vurğulayıb.
Nəşr öz növbəsində bu proqnozun düzgünlüyünü 24 saat ərzində yoxlamağın mümkün olacağını qeyd edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün danışıqlara hazırdır, lakin danışıqlar böhranın köklü səbəblərini aradan qaldırmağa yönəlməlidir.