azia.az
azia.az

Latviya Ukraynaya təhvil vermək üçün min dron hazırlayıb

30-12-2024, 17:00

Latviya Ukraynaya təhvil vermək üçün mindən çox dron hazırlayıb. Bunlar müxtəlif növ pilotsuz uçuş aparatı (PUA) olacaqlar.

Rusiya KİV-inə istinadən xəbər verilir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

"Latviyalı PUA istehsalçıları ilə birlikdə Ukraynanı dəstəkləməyə davam edirik. Müxtəlif növ 1000-dən çox PUA-dan ibarət son partiya hazırlanıb", - o vurğulayıb.

Müdafiə naziri qeyd edib ki, dron koalisiyasına Latviya və Böyük Britaniya rəhbərlik edir. Onun sözlərinə görə, Latviya 2025-ci ildə koalisiya çərçivəsində PUA-ların alınması üçün əlavə 20 milyon avro ayıracaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi