azia.az
azia.az

Amerka öz qırıcısını bu səbəbdən VURDU

Bu gün, 13:40

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı Qırmızı dəniz üzərində vurulub.

 

Bu barədə Associated Press məlumat yayıb.

 

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 iki yerlik qırıcısı Amerika raket kreyserinin hava hücumundan müdafiə sistemi tərəfindən səhvən vurulub.

 

"USS Gettysburg raket kreyseri, Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcıya (F/A-18-ə), səhvən atəş açıb və onu vurub” – agentlik bu barədə ABŞ Mərkəzi Komandanlığının bəyanatına istinadən xəbər verir.

 

Komandanlığın bildirdiyinə görə, pilotlar suya atılıb. Onlar xilas edilib, yalnız biri yüngül xəsarət alıb.

 

Agentlik qeyd edir ki, qırıcı ABŞ-ın Yəmən husilərinin hədəflərinə endirdiyi zərbələr zamanı vurulub./APA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi