azia.az
azia.az

“Moskva” raket kreyseri batdı - Rusiya MN

15-04-2022, 07:29

“Moskva” raket kreyseri batdı - Rusiya MN
“Moskva” raket kreyseri batdı - Rusiya MN
Rusiyanın Qara dəniz donanmasına məxsus "Moskva” raket kreyseri batıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğındam gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib. Qeyd edək ki, daha əvvəl Rusiya MN kreyserin ekipajının ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edildiyini xəbər verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi