İran BU DÖVLƏTDƏN döyüş qırıcılarını ALDI-SAYI 50-yə qaldırdı
İranın Hərbi Hava Qüvvələri özəl mərasimlə iki "Sukhoi" ("Su-35") qırıcısını qəbul edib.
Azia.az bloqu Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Flog Review" jurnalı məlumat yayıb.
Məlumata görə, döyüş təyyarələrinin hissələri ayrılaraq, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Tehranın Mehrabad hava limanına aparılıb və oradan Həmədan şəhəri yaxınlığındakı bazaya daşınıb.
Iran International yazır ki, Tehran İsfahandakı "F-14" təyyarələrini əvəz etmək üçün yalnız "Sukhoi"dan istifadə etmək niyyətindədir. İranın "Su-35" sifarişi artıq 25-dən 50-yə yüksəlib.