azia.az
azia.az

Saakaşvili Gürcüstan prezidentindən əfv olunmasını istədi

1-11-2024, 16:00

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili ölkə prezidenti Salome Zurabişvilidən onu əfv etməsini istəyib.

Bununla bağlı sosial şəbəkə hesabında yazan Saakaşvili qanunsuz həbsinin məsuliyyətini Salome Zurabişvilinin daşımamasını istəyib:

“Son baş verənlərlə bağlı bildirmək istəyirəm ki, prezident Salome Zurabişvili ilə bir çox məsələlərdə həmrəyəm. Xüsusilə onun Baş Prokurorluğun tələbi ilə razılaşmamasını alqışlayıram. Böyük ehtimalla xanım Zurabişvili də Dmitri Medvedevin məlum hədəsini nəzərdən qaçırmayıb. Xatırladıram ki, mən məhz Moskvanın belə qanunsuz göstərişi əsasında və qondarma ittihamlarla üç ildən artıqdır ki, həbsdəyəm".

Saakaşvili sonda prezident Salome Zurabişvilidən əfv edilməsini xahiş edib. (savashmedia.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi