Komissar həbs olundu, evindən GÖRÜN NƏLƏR ÇIXDI
Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları korrupsiya cinayəti ilə bağlı cinayət işi üzrə həbs edilmiş Moskvanın Preobrajenski rayonunun hərbi komissarı Sergey Triqilevin evindən külli miqdarda pul tapıblar.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya mediası məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Həmin vəsaitlər, o cümlədən xarici valyutada olanlar işdə iştirak edən şəxsin evində aparılan əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilib. Bundan əlavə, Trigilev bahalı maşınlar və daşınmaz əmlaka sahibdir.
İstintaqın məlumatına görə, 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına kimi hərbi komissar vətəndaşların hərbi xidmətə hazırlığı və çağırışı şöbəsinin müdiri İqor Titovets və Aksenov soyadlı ümumi praktiki həkimlə birlikdə vasitəçi Semenov vasitəsilə səhhətinə görə Rusiya Silahlı Qüvvələrinə çağırışdan azad olmaq istəyən üç nəfərdən rüşvət alıblar. Bunun müqabilində hərbi xidmətə çağrılmamaq hüququ verən saxta xəstəlik sənədləri hazırlayıblar.
İyulda Moskva məhkəməsi hərbi komissar və Titovetsi rüşvət almaqda ittiham edərək həbs edib.
Elcan