azia.az
azia.az

"İsrailin “Hizbullah”a qarşı əməliyyatları bu ay başlaya bilər"

1-07-2024, 20:26

“İsrailin Livanın cənubunda əməliyyatı iyulun 15-dən sonra başlaya bilər”.

 

Xəbər verilir ki, bu barədə mənbələrə istinadən “Bild” məlumat yayıb.

 

“İsrail Müdafiə Qüvvələrinin əməliyyatı üçün gözlənilən başlanğıc dövrü iyulun üçüncü və ya dördüncü həftəsidir. Əməliyyatın məqsədi ərəb ölkəsində yerləşən “Hizbullah” şiə qruplaşması ilə mübarizə aparmaq olacaq”, - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adlı hərbi əməliyyata başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi