Yaxın Şərqin ən GÜCLÜ ordusu hansı dövlətindir-SİYAHI
Müharibələr və terrorizmin məngənəsinə düşən Yaxın Şərq ölkələrinin orduları barədə araşdırma aparılıb.
Xəbər verilir ki, “Global Fire Power” hərbi-analitik portalı 60 göstərici əsasında 2024-cü il üçün Yaxın Şərqin 15 ən güclü ordunun reytinqini açıqlayıb.
Araşdırmada ölkələrin silahlı qüvvələrə ayırdığı büdcəsi, əsgər sayı, tank ilə hava vasitələri, təchizat, mobillik və coğrafi yerləşimlər nəzərə alınıb.
Belə ki, Türkiyə 1-ci, İran 2-ci, Misir 3-cü, İsrail 4-cü, Səudiya Ərəbistanı 5-ci, İraq 6-cı, Birləşmiş Ərəb Əmirlikləri 7-ci, Suriya 8-ci, Qətər 9-cu, Küveyt 10-cu, Oman 11-ci, İordaniya 12-ci, Yəmən 13-cü, Bəhreyn 14-cü, Livan isə 15-inci yerdədir. "Cebhe.info"
Nigar Hacılı