azia.az
azia.az

İrəvanda vəziyyət gərginləşir, küçələrdə...

10-06-2024, 09:35

İrəvanda nümayişçilər çadırlar tikməyə, Baqramyan prospektini bağlamağa hazırlaşır.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən nümayişçilərin bir qrupu xalqa müraciətində deyib.


“Biz burada qalacaq, maşınlarımızda gecələyəcək, lazım gələrsə, çadırlar quracağıq. Polis Dəmirçyan küçəsini bağlayıb, biz isə Baqramyan prospektini bağlayacağıq”, – deyə “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarına müraciət edib.

Bundan əvvəl Qalstanyan vətəndaşları iyunun 10-da kütləvi etiraz aksiyalarına toplaşmağa çağırıb. O qeyd edib ki, itaətsizlik aksiyası dörd gün fasiləsiz davam etməlidir.KONKRET.az 

Natiq Səlim,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi