ÖLÜMCÜL istilər bu ÖLKƏDƏ DƏHŞƏT SAÇDI
Hindistan Meteorologiya İdarəsi (IMD) termometrlərin Haryana əyalətində 48,2, Biharda isə 48 dərəcə göstərdiyini açıqlayıb.
News24.az xəbər verir ki, Hindistan səlahiyyətliləri ölkənin əksər hissəsini təsir edən hava istiləri səbəbindən Uttar Pradeş əyalətində 17, Bihar əyalətində 14, Odişa əyalətində 5 və Carkand əyalətində 4 olmaqla ümumi 40 nəfərin həyatını itirdiyini açıqlayıb.
Rəsmilər qeyd edib ki, Uttar Pradeşdə ölən 17 nəfərdən 15-i, Biharda isə 14 nəfərdən 10-u seçki məmurlarıdır.
Jharkhand əyalət rəsmiləri bildiriblər ki, bölgədə 1326 nəfər istilik vurması şikayəti ilə xəstəxanaya müraciət edib.
IMD istilik dalğasının həftə sonu da davam edəcəyi barədə xəbərdarlıq edib.
Bihar əyaləti ölkədə davam edən isti dalğasından ən çox təsirlənən ştatlardan biri olsa da, məktəblərin və təhsil mərkəzlərinin iyunun 8-dək bağlı qalacağı açıqlanıb.
Digər tərəfdən, NDTV kanalı dövlət sərhədləri daxilində bir məktəbdə 16 şagirdin isti hava səbəbindən huşunu itirdiyini bildirib.
Dünən Hindistanın paytaxtı Yeni Dehlidə həddindən artıq istilər səbəbindən bir nəfər ölüb və bütün zamanların ən yüksək temperaturu 52,9 dərəcə ilə qeydə alınıb.
Günel Məlikzadə