BUNUN İrana İDXALI qadağan edildi
İranda “Apple” markalı telefonların idxalı qadağan edilib.
“Cebhe.info” “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, İranın Gömrük İdxal İdarəsinin rəisi Əlirza Sədrixah “Apple” mobil telefonların ölkəyə gətirilməsinə qadağa qoyub.
Məlumatda “iPhone 14” və daha yuxarı modellərin idxalına qadağa qoyulmasından bəhs edilmir.
Qeyd edək ki, “iPhone 13” və daha aşağı modellərin idxalına qoyulan qadağa bu telefonların istehsalının dayandırılması və ölkəyə yenilənmiş modellərin idxalı ilə əlaqədardır.
Yunis Abdullayev
"Cebhe.info"