Silahlı hücumda 24 nəfər ÖLDÜ
Nigeriyanın Katsina əyalətində baş verən silahlı hücumlarda 24 nəfər həyatını itirib.
Xəbər verilir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, silahlı dəstə üzvləri Katsina əyalətinin Unquwar Sarkin Noma, Qangara, Tafi və Kore kəndlərində silahlı hücumlar həyata keçirib.
Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, Boko Haram və ISWAP terror təşkilatlarının hücumlarına məruz qalıb.